“Simurq” “Dila” ilə yenə sülhə razılaşdı - YENİLƏNİB
07.07.2013 - 19:47
İyunun 23-dən Türkiyədə təlim-məşq toplanışında olan “Simurq” növbəti mövsümə hazırlıqlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Zaqatala klubu bu gün sözügedən ölkədə sonuncu yoxlama görüşünə çıxıb.
“Spartak-Nalçik”ə (1:0) uduzan, “Dila” (3:3) ilə heç-heçə edən Georgi Çixradzenin komandası yenə Gürcüstan klubu ilə qarşılaşıb.
Bu qarşılaşmada “Simurq” yenə “Dila”nı məğlub edə bilməyib. Növbəti görüşdə də qalib müəyyənləşməyib – 1:1.
Qeyd edək ki, “Simurq” bu matçda sonra təlim-məşq toplanışının ikinci mərhələsini başa vurub, ayın 8-i səhər saatlarında yola düşəcək.
Yoxlama oyunu
7 iyul
“Simurq” (AZƏRBAYCAN) - “Dila” (GÜRCÜSTAN) - 1:1
Qol: Rəşad Eyyubov, 68-pen

0
0