Berni Ekklstoun: Bakıda Qran-Pri mərhələsinin keçirilməsi planlaşdırılır
07.07.2013 - 19:14
Bakıda “Formula-1” yarışlarının Qran-Pri mərhələsi keçirilə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda “Formula-1”in promouteri Berni Ekklstoun açıqlama verib.
O bildirib ki, paytaxtımızda Qran-Pri mərhələsi keçirmək niyyətindədir: “Biz hələ ABŞ-da iki yarış təşkil etməyə ümid edirik. Bundan başqa, Lonq-Biçdə və Nyu-Yorkda da Qran-Pri mərhələsi keçirmək istəyirik. Həmçinin Taylandda və Bakıda yarışların keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, “Formula-1” - 2013 yarışları 19 yolda reallaşacaq.

0
0