“Monako”dan növbəti transfer
07.07.2013 - 20:31
“Monako”dan növbəti transfer
2012-2013 mövsümündə aşağı diviziondan Fransa çempionatına yüksələn və transferlərə surətlə başlayan “Monako” daha bir futbolçu ilə anlaşıb. Apasport.az saytının məlumatına görə, daha əvvəl Ceyms Rodriqes, Juan Motinyunu, Rikardo Karvalyo və Radamel Falkao kimi məşhur oyunçularla heyətinə qatan knyazlıq klubu bu dəfə “Malaqa”nın yarımmüdafiəçisi Ceremi Tulalanla müqavilə bağlayıb.

29 yaşlı fransalı oyunçu “Monako” ilə “2+1” şərti ilə anlaşıb. Tulalanın transfer dəyəri ilə bağlı isə açıqlama verilməyib.

Qeyd edək ki, Ceremi 2011-ci ildən “Malaqa”nın şərəfini qoruyur.