Murrey Cokoviçi məğlub edib, 77 illik həsrətə son qoydu
07.07.2013 - 21:42
Murrey Cokoviçi məğlub edib, 77 illik həsrətə son qoydu
İngiltərnin London şəhərində “Böyük dəbilqə” seriyasından keçirilən kişilər arasında “Uimbldon” tennis turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, finalda şotlandiyalı tennisçi Endi Murreylə Serbiyadan olan idmançı Novak Cokoviç üz-üzə gəlib.

Qadınların yarışında isə britaniyalı Vircinia Vade 1977-ci ildə Uimbledonun qalibi olub.

Ümumi mükafat fondu 16 milyon funt-sterlinq dəyərində olan yarışın həlledici görüşündə Murrey 3:0 (6:4, 7:5, 6:4) hesabı ilə qələbə qazanıb.

Bununla da, Enddi 77 illik həsrətə son qoyub. Belə ki, 1936-cı ildə Böyük Britaniyadan olan Fred Perri ilk dəfə “Uimbldon” tennis turnirinin qalibi olub. Həmin ildən bu vaxta qədər heç bir britaniyalı idmançı bu mükafatı qazana bilməmişdi.