Ruslan Abışov oynamadı
07.07.2013 - 22:09
Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun formasını geydiyi “Rubin” Avstriyada ikinci təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Kazan klubu bu gün Rumıniya “Çahleul”u ilə münasibətlərinə aydınlıq gətirib.
4 gün əvvəl Sloveniya “Triqlav”ına (2:0) qalib gələn Tatarıstan təmsilçisi bu dəfə rəqibinə 1:2 hesabı ilə məğlub edib. “Rubin”in uduzduğu qarşılaşmada baş məşqçi Qurban Berdıyev Abışova şans verməyib.
Qeyd edək ki, “Rubin” iyulun 10-da Ukraynanın “Metallits” klubu ilə üz-üzə gələcək.

0
0