“Mariehamn” “İnter”lə oyunöncəsi büdrədi
07.07.2013 - 22:39
“Mariehamn” “İnter”lə oyunöncəsi büdrədi
Ölkəmizi Avroliqanın I təsnifat mərhələsindən etibarən təmsil edən “İnter”in rəqibi “Mariehamn” Finlandiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “adalılar” bu gün ölkə birinciliyinin XVIII turu çərçivəsində evdə “Yaro”nu qəbul edib.

Ötən tur səfərdə “MyPa”ya uduzan (3:1) “İnter”in rəqibi bu dəfə 1 xala sevinib. Belə ki, “Mariehamn” təmsilçimizlə oyunöncəsi “Yaro” ilə 0:0 hesablı bərabərə qalıb.

Bu heç heçədən sonra “Mariehamn” xalını 25-ə yüksəldib və turnir cədvəlinin 5-ci pilləsindəki yerini qoruyub.