Millimiz İraqı yenib, qrup lideri oldu - YENİLƏNİB
08.07.2013 - 18:47
Millimiz İraqı yenib, qrup lideri oldu - YENİLƏNİB
Azərbaycanda keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 16 komandanın mübarizə apardığı turnirin qrup mərhələsinə yekun vurulacaq.

Milli komandamız qrupda son matçını İraq yığmasına qarşı keçirib. Qrup liderliyi uğrunda baş tutan qarşılaşmada yığmamız Asiya təmsilçisini darmadağın edib – 3:0.

“Dalğa Arena”da keçirilən oyunda Rəhman Hacıyev, Elvin Məmmədov və Nurlan Novruzov fərqlənib.

Beləliklə, qrupda keçirdiyi bütün oyunları qələbə ilə başa vuran Azərbaycan yığması 1/4 final mərhələsinə qrup birincisi olaraq vəsiqə qazanıb. Burada isə yığmamızın rəqibi B qrupunda ikinci yeri tutmuş Bəhreyn komandası olacaq. Bu qarşılaşma isə iyulun 10-da, saat 21:00-da, "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, baş məşqçi Nazim Süleymanovun yetirmələri ilk oyunda Malini 4:0, ikinci görüşdə isə Kanadanı 2:0 hesabı ilə məğlub edib.

8 iyul
AZƏRBAYCAN - İRAQ - 3:0
QOLLAR: Rəhman Hacıyev, 4, Elvin Məmmədov, 45+2, Nurlan Novruzov, 76
Bakı. “Dalğa Arena” stadionu