“Qarabağ”ın potensial rəqibinin ilk məğlubiyyəti
08.07.2013 - 08:17
“Qarabağ”ın potensial rəqibinin ilk məğlubiyyəti
“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində potensial rəqibi olan Polşanın “Pyast” klubu yoxlama oyununda uduzub. Apasport.az saytının məlumatına görə, Qlivitse təmsilçisi Avstriyadakı təlim-məşq toplanışında Rusiya Premyer Liqa klubu “Amkar”a 2:3 hesabı ilə yenilib.

Hərçənd polşalılar fasiləyə İzvoltun 37-ci, Robakın 45-ci dəqiqədə vurduğu qolla hesabda 2:0 irəlidə yollanıb. Ancaq permlilər 60-cı dəqiqədən başlayaraq vurduğu 3 qolla əzmkar qələbə qazanıb – 3:2.

Bu, Polşa çempionatında son mövsümdə 4-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanan “Pyast”ın 5-ci matçı olmalı idi. Ancaq komandanın Mərakeşin “Raja” və Zaqrebin “Dinamo” klubu oyunları baş tutmayıb. Bundan sonra Polşanın “Korona” və Macarıstanın “Honved” klubları ilə üzləşən “Pyast” hər ikisində 1:0 hesabı ilə qalib gəlib. Yəni bu, komandanın mövsümlərarası fasilədə ilk məğlubiyyəti olub.