Türkiyəlilər “Qəbələ”nin 3 futbolçusunu yüksək qiymətləndirdi
08.07.2013 - 08:50
Türkiyəlilər “Qəbələ”nin 3 futbolçusunu yüksək qiymətləndirdi
Türkiyə mətbuatı “Trabzonspor”la “Qəbələ” arasında keçirilən yoxlama oyununda meydana çıxanları qiymətləndirib. Apasport.az saytının məlumatına görə, komandamızdan Türkiyənin Sparta bölgəsində 0:2 hesabı ilə uduzduğu matçda ən yüksən qiyməti 3 futbolçumuz alıb.

Bunlar 6 bal alan qvineyalı müdafiəçi Umar Kalabane, yarımmüdafiəçilər – seneqallı İbrahima Niasse və braziliyalı Dodo olub. David Pietrzkieviç, Rail Məlikov, Vladimir Levin, Ürfan Abbasov, Viktor Mendi, Lorentso Ebesilio, Nizami Hacıyev, sonradan meydana çıxanlar DEyan Kelharla Yannik Kamanan 5 qiymətinə layiq görülüb. Ən aşağı – 4 balı isə ikinci hissədə meydana çıxan gənc futbolçular Şəhriyar Xəlilov, Sadiq Qliyev və Tərzin Cahangirov alıb.

“Trabzonspor”a gəlincə, onda ən yüksək qiymət alan futbolçular 7 balla dəyərləndirilib. Bunlar Onur, Mustafa, Alanzinyo, Olcan və qolların müəllifləri Əbdülkadirlə Volkan olub. Yerli hakimlər – Burak Şəkərin başçılıq etdiyi briqadanın idarə etdiyi oyunda “Qəbələ”nin Türkiyədə oynamış afrikalı legionerləri diqqət mərkəzində olub. Belə ki, Kalabane, Mendi və Kamanan matç öncəsi azarkeşlərdən alqış qazanıb.