“İnter”lə revanş oyununda mərhələ keçməyi düşünürük”
08.07.2013 - 09:18
“İnter”lə revanş oyununda mərhələ keçməyi düşünürük”
Finlandiyanın “Mariehamn” klubu 3 futbolçusunu “İnter”lə Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa qoruyub. Apasport.az saytının məlumatına görə, Yani Lüüski, Pekka Laqerblom və Tommi Virtanen ölkə çempionatında “Yaro” ilə evdə qolsuz bərabərliyə qaldıqları matçda start heyətdən kənarda qalıblar.

Rəqibimizin baş məşqçisi Pekka Lüüski Bakıda 1:1 hesabı ilə nəticələnən oyunda 90 dəqiqədə meydana olan əsas futbolçularına istirahət verməyi daha məqsədəuyğun sayıb: “Bu, “İnter”lə həftənin 4-cü günü keçiriləcək cavab matçımızla əlaqədardır. Ancaq onlardan 2-ni fasilədən sonra meydana buraxmalı oldum. Etiraf edirəm ki, bütün fikrim Bakı klubu ilə cavab matçı ilə bağlıdır. Düşünürəm ki, layiqli nəticə qazanmaq üçün imkan daxilində hər şey edəcəyik. “İnter”lə revanş oyununda mərhələ keçmək fikrindəyik”.

Qeyd edək ki, Laqerblom 58-ci, Virtanen 78-ci dəqiqədə meydana daxil olunsa, Lüüskinin oğlu olan kapitan Yani sonadək ehtiyatda qalıb.