“Neftçi”nin oyunu kiprli hakimə tapşırıldı
08.07.2013 - 09:58
“Neftçi”nin oyunu kiprli hakimə tapşırıldı
Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasında keçirəcəyi ilk oyunun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin ilk oyunu kiprli Leontios Trattouya tapşırılıb.

Referi bakılıların iyulun 17-də Albaniya təmsilçisi “Skenderbeu” ilə görüşündə fit çalacaq. Bu matç 8-ci km stadionunda baş tutacaq.

Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.