Çempionlar Liqasında ilk mərhələ yekunlaşır
08.07.2013 - 10:07
Çempionlar Liqasında ilk mərhələ yekunlaşır
Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, cavab oyunlarından sonra Belqrad “Partizan”ın klubu və Tiflis “Dinamo”su rəqiblərini biləcək.

Əslində, serblərin “Şirak”la üzləşəcəyi şübhə doğurmur. Çünki San Marino çempionunun evdə ən azı 4 top fərqi ilə qalib gələcəyi real görünmür. “Dinamo”ya isə rəqib olmağa “Qarabağ”ın 2 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığı “Streymur” daha şanslıdır. Hər halda, Farer adalarının təmsilçisinə Andorra klubu ilə ev oyununda 0:0, 1:1 hesablı bərabərlik də sərfəlidir.


9 iyul
23:00. “Streymur” (Farer adaları) – “Lusitans” (Andorra)
İlk oyun – 2:2

00:00. “Tre Penne” (San Marino) – “Şirak” (Ermənistan)
İlk oyun – 0:3

Qeyd edək ki, Azərbaycan çempionu “Neftçi” turnirə II təsnifat mərhələsində qoşularaq, iyulun 17-də Albaniyanın “Skenderbeu” klubunu qonaq edəcək.