“Qəbələ”də yeni kapitan – FOTO
08.07.2013 - 10:24
“Qəbələ”də yeni kapitan – FOTO
“Qəbələ”də yeni kapitan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, kapitanlıq sarğısı komandanın yeni transferi Vladimir Levinə etibar olunub. Millimizin 29 yaşlı müdafiəçisi mövsümlərarası fasilədə yoxlama oyunlarında – “Trabzonspor”a 0:2 hesabı ilə uduzduqları matçda sarğını daşıyıb.

2004-cü ildə ölkəmizdə fasiləsiz çıxış edən Levin bu müddətdə forması geydiyi “İnter”də son 3 ildə kapitan olaraq böyük təcrübəyə malikdir. O, əslən ukraynalı olsa, uzun illərdir milliləşdirildiyindən yerli oyunçu statusu daşıyır.

Qeyd edək ki, “Qəbələ”də son kapitan olan Rəşad Abdullayevin gedişindən sonra mövsümün sonunda sarğını daşıyan Elmar Baxşıyev komandada qalsa da, daha çox əsas heyətdən kənarda qalır.