“Qəbələ” Syominin istəmədiyi legionerlə müqaviləsini pozur
08.07.2013 - 11:17
“Qəbələ” Syominin istəmədiyi legionerlə müqaviləsini pozur
“Qəbələ” daha bir legionerlə vidalaşır. Klubun vitse-prezidenti Fariz Nəcəfov apasport.az saytına açıqlamasında rumıniyalı sol cinah müdafiəçisi Kristian Pulhakla yollarını ayıracaqlarını bildirib. Belə ki, Türkiyədə təlim-məşq toplanışına aparılmayan legioner hazırda Qəbələdədir.

Nəcəfovun sözlərinə görə, rusiyalı baş məşqçi Yuri Syomin Pulhakı istəmədiyindən, çox güman onunla müqavilə pozulacaq.

Qeyd edək ki, qış fasiləsində transfer olunaraq 2 illik müqavilə imzalanan Kristian ötən çempionatımızda 10 matçda 785 dəqiqə oynayıb, 1 sarı vərəqə alıb.