Seçmə mərhələdə ilk xalımızın şahidi
08.07.2013 - 12:01
“Xəzər Lənkəran” Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazansa, cənubluların oyununda sloveniyalı hakim Slavko Vinçiç fit çalacaq. Apasport.az saytının məlumatına görə, İsrailin Hayfa şəhərində yerli “Makkabi” ilə cənubluların və ya Malta “Slima”sı arasında baş tutacaq qarşılaşmanın referisi əvvəllər də komandalarımızın oyununa təyinat alıb.
Düzdür, Vinçiç o qədər də zəngin karyeraya malik deyil. 34 yaşlı sloveniyalı 2010-cu ildən FİFA referisidir. Ədalət təmsilçisi UEFA-nın hakimlər üçün 2-ci kateqoriyasına daxildir.
Lakin buna baxmayaraq, sloveniyalı ölkəmizdə olmağa macal tapıb. Slavko ötən il sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan – İsrail matçının şahidi olub. Seçmə mərhələdəki ilk oyunda 1 xal qazandığımız matçda (1:1) Vinçiç 4-cü hakim idi. Həmyerlisi Matey Yuqun idarə etdiyi görüşü kənardan izləyən referi bu dəfə baş hakim kimi təmsilçimizin matçına təyinat alıb.

0
0