UEFA “Skenderbeu”ya öz stadionunda oynamağı qadağan edir
08.07.2013 - 13:27
Albaniyanın “Skenderbeu” klubu Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində “Neftçi” ilə ev oyunu öz stadionunda keçirməmək təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Korça təmsilçisi iyulun 23-də cavab matçını “Skenderbeu” adlanan arenada, yoxsa digər məkanda keçirəcəyi bağlı dilemma qarşısında qalıb.
Məsələ ondadır ki, rəqibimizin öz stadionu kiçik azarkeş tutumuna malikdir. Buna görə də UEFA orada ÇL oyunu keçirməyə qadağa qoya bilər. Arenada oturacaqlarının sayının artırılmağı üçün yenidənqurma işlərinə isə vaxt azdır.
“Skenderbeu” yaxın günlərdə bununla bağlı qitə futbolçu qurumundan gözlədiyi cavabı alacaq. Əgər cavab müsbət olmazsa, albanların “Neftçi”ni paytaxt Tiranada mərkəzi stadion - “Kemal Stafa”da qəbul edəcəyi gözlənilir. Albaniya yığması bu arenada ev oyunlarını keçirərək, millimizi də qəbul edib.
Qeyd edək ki, “Neftçi” Albaniya çempionu ilə iyulun 17-də “Bakcell Arena”da oynayacaq.

0
0