“Dənizlispor” Viktor Mendinin keçidi ilə bağlı danışıqlar aparır
08.07.2013 - 13:50
“Dənizlispor” Azərbaycanda oynayan daha bir futbolçuya göz qoyub. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi “Qəbələ”nin seneqallı hücumçusu Viktor Mendini heyətində görmək istəyir.
Öz xəttə səviyyəli legioner axtarışında olan Dənizli klubu “Manisaspor”dan Kahe ilə danışıqlarda anlaşma əldə etməyəndən sonra diqqətini 31 yaşlı Mendiyə yönəldib. Türkiyəli həmkarımız “Dənizlispor”un Viktoru transfer etmək üçün gərgin səylər göstərdiyini yazır.
Mendi 2010-cu ildə “Qəbələ”yə “Bucaspor”dan gəldiyindən türkiyəlilərə yaxşı tanışdır. Özü də keçmiş klubu onu sıralarına qaytarmaq üçün bir neçə dəfə cəhd edib. Viktor hazırda komandası ilə Türkiyədə təlim-məşq toplanışında olmağı Dənizli təmsilçisinin işinə yarayır.
Qeyd edək ki, Rail Məlikovun “Qəbələ”yə keçidindən yarımmüdafiəçi Arif İsayevi sərəncamında görən “Dənizlispor”un “Sumqayıt”a az öncə keçən müdafiəçi Saşa Yunisoğlunu danışıqlara dəvət edib.

0
0