“Neftçi”nin rəqibindən bombardirlik iddiası
08.07.2013 - 15:34
“Skenderbeu”ya ona görə keçdim ki, bu klubun böyük iddiaları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniyanın “Skenderbeu” klubunun yeni transferi Muzaffar Eyupi deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Korça təmsilçisinin heyətinə qatdığı hücumçu avrokubok oyunları ərəfəsində iddialarını gizlətməyib. Yeni komandasında bombardir olmaq iddiasında olan hücumçu bununla həm də “Neftçi”yə də mesaj göndərib: “Yeni komandam növbəti mövsümdə Albaniyada qazandığı çempion titulunu qorumağa çalışacaq. Hesab edirəm ki, Albaniya çempionatının ən yaxşı bombardirinə verilən mükafata da sahib çıxa bilərəm”.
Qeyd edək ki, Azərbaycan və Albaniya çempionları iyulun 17-də Bakıda, 23-də Korçada üz-üzə gələcək.

0
0