Mustafa Akçay: “Qəbələ”yə vurulan qollar məni sevindirdi
08.07.2013 - 16:11
“Qəbələ” ilə oyun göstərdi ki, komandada hamı əlindən gələni edir. Hamının məqsədi eynidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Trabzonspor”un baş məşqçisi Mustafa Akçay deyib.
Gözlənilmədən Trabzon təmsilçisinin “sükanı arxasına” keçən çalışdırıcı “Qəbələ” ilə yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Akçay 2:0 hesabı ilə qalib gələn yetirmələrindən məmnun qalıb: “Qəbələ” ilə oyundakı qolları məni sevindirdi. Komandamız tam istədiyimiz kimi olmasa da, yaxşı təsir bağışladı. Bu oyun bizi müəyyən mənada sevindirdi. Elə mən də duyğulandım. Məsələn Olcanın müdafiəyə qayıdıb komandaya kömək etməsi, rəqibə əngəl olması mənim üçün çox dəyərlidir. Meydançada kübarlığa yer yoxdur. Belə futbolçumuz olsa oynamayacaq”.

0
0