“İnter”lə cavab matçında tam gücümüzlə oynamaq çətin olacaq”
08.07.2013 - 16:22
“Komandamız son vaxtlar gərgin qrafiklə üzləşib. Çempionatda oyunlarımız arasında Avropa Liqasında “İnter”lə matçımız var. Bu üzdən bizə Bakı klubu ilə cavab oyunda ağır olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in Avropa Liqasında rəqibi olan Finlandiyanın “Mariehamn” klubunun kapitanı Patrik Biskata deyib.
Əsas kapitan Yani Lüüskinin yoxluğunda çempionatın son turunda “Yaro” ilə evdə 0:0 hesablı bərabərliyə qaldıqları oyunda sarğını daşıyan yarımmüdafiəçi yorğunluqdan şikayətlənib.
Onun sözlərinə görə, artıq iyulun 11-də “İnter”lə cavab oyununa keçirmələri onları çətin vəziyyətdə qoyub: “Bizə belə tempdə oynamaq ağırdır. Biz çalışsaq da, bu müddətdə hər matçda 100 faiz hazır ola bilmərik. Ona görə Avropa Liqasında qarşıdakı oyunda tam gücümüzlə oynamaq çətin olacaq”.
Qeyd edək ki, Finlandiyadakı oyun iyulun 11-də keçiriləcək.

0
0