Əli Gökdəmir: 4-cü darmadağın və 4-cü 45 dəqiqə
08.07.2013 - 17:58
Əli Gökdəmir: 4-cü darmadağın və 4-cü 45 dəqiqə
Milli komandamızın üzvü olan Əli Gökdəmir “Hannover 96”da növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Hannover təmsilçisi Almaniya toplanışı zamanı 5-ci görüşünü keçirib.

Rəqib daha bir yarım-həvəskar komanda olan “Ramlingen/Ehlershauzen” olub. Görüş “Hannover 96”nın növbəti darmadağını ilə yekunlaşıb – 5:0. Bu qarşılaşmada ötən dəfə olduğu kimi Gökdəmir meydana fasilədən sonra çıxıb. O, yenə mərkəz müdafiəçisi Kristofer Avevoru əvəzləyib.

Qeyd edək ki, bundan öncə “Hannover 96” “Berenbostel”ə 17:0, “Krehenvinkel/Kaltenvayde”yə 2:1, “Şlezviq 06”ya 9:1 və “Vayxe”yə 4:0 hesabı ilə qalib gəlib. Şlezviqlilərlə matçda yalnız 90 dəqiqə oynayan Əli qalan qarşılaşmalarda 45 dəqiqə forma geyib.