Yığmamız 3 yoldaşlıq oyunu keçirəcək
08.07.2013 - 18:46
Yığmamız 3 yoldaşlıq oyunu keçirəcək
İyulun 10-dan 21-ə qədər Qəbələ şəhərində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, hazırlıq prosesi ərzində yığmamız 3 yoldaşlıq oyunu keçirəcək.

U-19 iyulun 11-də qızlardan ibarət U-17 Azərbaycan yığması, iyulun 16-da və 18-də isə Ukraynanın U-19 yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunmuş futbolçular isə bunlardır: Şərifova Aytac, Xələfova Mədinə, Heydərova Əminə, Şioşvili Olya, Məmmədova Kamilla, Məhsimova Jalə, Bağırova Ləman, Nəsirova Şəfəq, Bayramova Zülfiyyə, Babayeva Sevinc, Vəliyeva Aliyə, Əliyeva Aysun, Cəlilli Nigar, Maya Danqadze, Sarıaltın Melis, Ronagi Sabrina, İlter Süheyla, Hillebrand Vivien.

Mənbə: affa.az