“Bakı”nın digər rəqibləri də müəyyənləşdi
08.07.2013 - 19:12
Avstriyada təlim-məşq toplanışında olan “Bakı” bir neçə yoldaşlıq oyunu keçirməyə planlaşdırır. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “zolaqlılar”ın toplanış çərçivəsində nəzərdə tutulan yoldaşlıq oyunlarında bütün rəqiblərin adları məlumdur.
Belə ki, iyulun11-də "Bakı" Avstriyanın “Penik”, iyulun 13-də Sloveniyanın SPINS və iyulun 16-da Serbiyanın “Donji Srem” kollektivləri ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, baş məşqçisi Milinko Pantiçin yetirmələri bu gün Avstriyanın “Helmaqor” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı saat 22:00-da başlayacaq.

0
0