Nazim Süleymanov: Yaxşı bərpa prosesi keçməliyik
08.07.2013 - 19:27
“İraq yığması qrupun lideri sayılırdı. Buna görə də futbolçuları oyuna xüsusi olaraq kökləməyə ehtiyac yox idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri hərbçilər üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nazim Süleymanov deyib.
O, hərbçilər arasında keçirilən I dünya kubokunda İraq yığmasını 3:0 hesabı ilə məğlub etmələrinə şərh verib: “Bizim onlardan daha üstün olduğuna inanırdım. Bu üstünlüyü meydanda sübut etmək qalırdı. Uşaqlar bunu bacardılar, buna görə onlara təşəkkür edirəm. Növbəti rəqib Bəhreyn komandasıdır. Vaxt az olduğu üçün yaxşı bərpa prosesi keçməliyik”.
Mənbə: affa.az

0
0