“Rəvan” yenə AZAL-la qarşılaşacaq
08.07.2013 - 20:01
"Rəvan” yeni mövsümə hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda şənbə günü "Qaradağ Lökbatan”la oynadıqdan (1:1) sonra futbolçulara 1 günlük istirahət verilmişdi.
Bu gün isə bərpaedici məşq olub. Günün tək məşqi "Bayıl stadionu”nda keçirilib. Baş məşqçi Ramil Əliyev yetirmələrinin əsasən toplu çalışmalar üzərində işləməsini məqsədəuyğun saydığından təxminən saat yarım davam edən hazırlıq praktiki olaraq topla olub.
"Rəvan” sabahdan intensiv məşq qrafikinə keçəcək. Gündə 2 dəfə hazırlıq keçəcək komanda həftəsonu növbəti yoxlama oyununa çıxacaq. İyulun 13-də baş tutacaq görüşdə rəqib AZAL olacaq. "Bayıl Arena”da oynanılacaq matçın başlama saatı hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Rəvan” daha əvvəl AZAL-la qarşılaşmışdı. Həmin görüşdə “təyyarəçilər” 3:0 hesabı ilə qələbə qazanıb.

0
0