Daha bir azərbaycanlı futbolçu “Dənizlispor”da
08.07.2013 - 21:21
Daha bir azərbaycanlı futbolçu “Dənizlispor”da
“Dənizlispor” daha bir azərbaycanlı futbolçunu heyətinə qatıb. Apasport.az saytının Doğan Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, I divizion təmsilçisi millimizin sabiq müdafiəçisi Rail Məlikovun “Qəbələ”yə keçidindən sonra onun yerinə Saşa Yunisoğlunu transfer edib.

Digər futbolçumuz Arif İsayevin də heyətində çıxış etdiyi Türkiyə klubu 27 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Yunisoğlu daha əvvəl “Sumqayıt”la 1 illik müddətinə razılaşmışdı.