“Fiorentina” Qomeslə ilkin razılığa gəldi
08.07.2013 - 23:44
“Bavariya”nın hücumçusu Mario Qomes komandasını tərk edib, karyerasını İtaliya A seriyasında davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının üzvü “Fiorentina” ilə ilkin razılığa gəlib.
Bu haqda Münhen klubunun rəsmi saytı açıqlama verib. Belə ki, hər iki komanda arasında prinsipial razılıq olub. Qomes yaxın günlərdə Florensiya təmsilçisi ilə müqavilə imzalayacaq. Transferin maliyyə detalları ilə bağlı isə hələ ki məlumat verilməyib.
Qeyd edək ki, 27 yaşlı forvard 2009-cu ildən münhenlilərin şərəfini qoruyur. O, başa çatan mövsümdə 21 matçda meydana çıxıb və rəqib qapılarından 11 top keçirib.

0
0