David Vilya “Land of fire Azerbaijan” forması geyinəcək
09.07.2013 - 00:04
Radamel Falkaonun "Monako"ya transferindən sonra "Atletiko" hücum xəttini “Barselona”nın futbolçusu David Vilya ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, ispan klubları bununla bağlı razılaşma əldə edib.
Kataloniya təmsilçisinin rəsmi saytı 31 yaşlı forvardın "Atletiko"ya transferini təsdiqləyib. Vilyanın transfer dəyəri 5.1 milyon avrodur. Futbolçu pulunu üç mərhələdə alacaq. Yəni 2.1 milyon avronu bu il, 2 milyon avronu gələn il və 1 milyon avronu isə iki il sonra əldə edəcək. Bundan başqa, madridlilər Davidi satarsa, qazanacaqları pulun 50%-ini "Barselona"ya ödəyəcək.
“Atletiko” Vilya ilə 3 illik müqaviləni hücumçu tibbi müayinədən keçəndən sonra bağlayacaq.
Bununla da, İspaniya milli komandasının oyunçusu yeni mövsümdən etibarən “Land of fire Azerbaijan” forması ilə çıxış edəcək.

0
0