Məmmədyarovun ilk məğlubiyyəti - YENİLƏNİB
09.07.2013 - 16:58
Bu gün şahmat üzrə Qran-Prinin V mərhələsində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində baş tutan yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarını keçirib.
Turnirdə iştirak edən yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov Rusiyadan olan şahmatçı Aleksandr Qrişukla qarşılaşıb. Yarışda ardıcıl 2 dəfə heç-heçə edib və 2 dəfə də qələbəyə sevinən təmsilçimiz tueun ən uzun sürən qarşılaşmasının iştirakçısı olub. Belə ki, digər 5 oyun başa çatdıqdan sonra da həmyerlimiz qara fiqurlarla mübarizəsini davam etdirib. Qələbə halında liderə şərik olmaq imkanı olan Məmmədyarov 61-ci gedişdə təslim olaraq ilk məğlubiyyətini alıb.
Digər görüşlərdə isə Boris Gelfandla Sergey Karyakin, Peter Leko ilə Aleksandr Morozeviç, Van Hao ilə Veselin Topalov heç-heçə edib. Qata Kamski Aniş Giriyə uduzubsa, Vasili İvançuk Van Yueyə qalib gəlib.
V tur
9 iyul
Boris Gelfand (İsrail, 2773) - Sergey Karyakin (Rusiya, 2776) - 0,5:0,5
Peter Leko (Macarıstan, 2737) - Aleksandr Morozeviç (Rusiya, 2736) - 0,5:0,5
Qata Kamski (ABŞ, 2763) - Aniş Giri (Hollandiya, 2734) - 0:1
Vasili İvançuk (Ukrayna, 2733) - Van Yue (Çin, 2705) - 1:0
Van Hao (Çin, 2752) - Veselin Topalov (Bolqarıstan, 2767) - 0,5:0,5
Aleksandr Qrişuk (Rusiya, 2780) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 1:0
Turnir cədvəli: Karyakin – 4, Qrişuk – 3,5, Məmmədyarov, Giri, Topalov – 3, Van Yue, Leko, Morozeviç, İvançuk – 2,5, Van Hao – 1,5, Kamski, Gelfand – 1

0
0