Florentino Peres Ronaldonun “Real”da qalacağına inanır
09.07.2013 - 01:39
Florentino Peres Ronaldonun “Real”da qalacağına inanır
“Real”ın prezidenti Florentino Peres hücumçusu Kriştianu Ronaldonun komandadakı gələcək taleyi ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun rəhbəri portuqaliyalı futbolçunun paytaxt təmsilçisini tərk etməyə hazırlaşmadığını ifadə edib.

O bildirib ki, Kriştianu Zinəddin Zidan yolu ilə gedir: “Ronaldo karyerasını “Real”da başa vurmaq istəyir. Komandada bu məsələ ilə bağlı müzakirələr aparılır. Düzdü, biz hələ Kriştianu ilə müqaviləni yeniləməmişik. Çünki o, indi istirahətdədir. Amma şübhəm yoxdur ki, Ronaldo karyerasının sonuna qədər "Real"da çıxış etmək istəyir. Axı o, komandanın sabiq futbolçusu Zinəddin Zidan və digər tanınmış oyunçuların yolu ilə getmək niyyətindədir”.

Qeyd edək ki, Ronaldo 2009-cu ildən “Real”da çıxış edir. O daha əvvəl bildirmişdir ki, “Kral klubu”nu tərk etmək istəyir.