“Xəzər Lənkəran” doğma şəhərdə ilk məşqinə çıxdı
09.07.2013 - 02:10
Avroliqanın I təsnifat mərhələsi çərçivəsində “Slima” klubunu “Fırtınalar meydanı”nda iyulun 11-də qəbul edəcək “Xəzər Lənkəran” təlim-məşq toplanışından sonra doğma şəhərdə ilk məşqini keçirib. Apasport.az saytının məlumatına görə, cənublular iyulun 8-də saat 19:00-da stadionun yardımçı meydançasında məşqə çıxıb.
Uzun yol qət edildiyindən futbolçuların yorğun düşdüyü nəzərə alınaraq yüngül məşq keçirilib. Beləcə, bütün heyətin qatıldığı və bir saata yaxın davam edən hazırlıq prosesi əsasən yüngül qaçış və topsuz çalışmalardan ibarət olub.
Qeyd edək ki, “Xəzər Lənkəran” bu gün səhər və axşam olmaqla, iki dəfə məşq edəcək.
Mənbə: 12cioyuncu.info

0
0