“Slima” artıq Lənkəranda
09.07.2013 - 02:21
“Slima” artıq Lənkəranda
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Slima” artıq Lənkərandadır. Apasport.az saytının məlumatına görə, Malta təmsilçisi Lənkəran şəhərinin mərkəzində yerləşən “Qala” otelində məskunlaşıb.

“Slima” bu gündən etibarən cavab qarşılaşmasının hazırlıqlarına başlayacaq.

Belə ki, “ağ-yaşıllar”ın rəqibi bu gün iyulun 9-da, günün ikinci yarısında Lənkəran Olimpiya Mərkəzinin əsas meydançasında məşqə çıxacaq. Sabah isə maltalılar “Fırtınalar meydanı”nın əsas meydançasında oyunöncəsi son məşqini keçirəcək.

Mənbə: 12cioyuncu.info