Yığmamızın rəqibi Keniyanı tək qolla üstələdi
09.07.2013 - 03:36
Yığmamızın rəqibi Keniyanı tək qolla üstələdi
Azərbaycanda keçirilən hərbçilər arasında I dünya kuboku davam edir. Apasport.az saytının məlumatına görə, bu gün 16 komandanın mübarizə apardığı turnirin qrup mərhələsi başa çatıb.

Millimizlə eyni qrupda yer alan Mali Kanada ilə qarşılaşıb. Afrika təmsilçisi rəqibini darmadağın edib - 6:0. Lakin buna baxmayaraq Mali 3 xalla qrupda qalıb. Çünki afrikalılar digər oyunlarda həm yığmamıza, həm də İraqa məğlub olmuşdu.

B qrupunda mübarizə aparan Bəhreyn isə Keniyanı minimal hesabla üstələyib, xalını 5-ə çatdırıb və 1/4 finalda millimizə rəqib olub.

Digər görüşlərdə isə Əlcəzair Fransaya 4:1, Oman Fil Dişi Sahilinə 2:1, ABŞ Almaniyaya 4:1, Braziliya Hollandiyaya 5:0 və Kamerun Qətərə 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, baş məşqçi Nazim Süleymanovun yetirmələri İraqı 3:0 hesabı ilə məğlub edərək, qrupu 9 xalla lider kimi tamamlayıb. Millimizin Bəhreynlə oyunu isə iyulun 10-da "Dalğa Arena"da keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.

8 iyul
A qrupu
Azərbaycan - İraq - 3:0
Bakı. “Dalğa Arena” stadionu

Mali - Kanada - 6:0
Bakı. “Bayıl Arena” stadionu

Azərbaycan - 9, İraq - 6, Mali - 3, Kanada – 0

B qrupu
Əlcəzair – Fransa - 4:1
Bakı. “Şəfa” stadionu

Bəhreyn - Keniya - 1:0
Bakı. Zirə OİK

Əlcəzair - 7, Bəhreyn - 5, Fransa - 2, Keniya - 1

C qrupu
Oman - Fil Dişi Sahili - 2:1
Bakı. “Dalğa Arena” stadionu

Almaniya - ABŞ - 1:4
Bakı. “Bayıl Arena” stadionu

Oman - 9, Fil Dişi Sahili - 6, ABŞ - 3, Almaniya – 0


D qrupu
Braziliya - Hollandiya - 5:0
Bakı. “Şəfa” stadionu

Qətər – Kamerun - 1:2
Bakı. Zirə OİK

Kamerun - 9, Qətər - 6, Braziliya - 3, Hollandiya - 0