“Real” Qonsalo İquaini satmaq istəmir
09.07.2013 - 04:12
“Real” Qonsalo İquaini satmaq istəmir
“Real”ın prezidenti Florentino Peres komandasının hücumçusu Qonsalo İquainin “Arsenal”a transfer olunacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin rəhbəri bunları təkzib edib.

O, argentinalı futbolçu üçün heç bir klubdan təklif almadığını vurğulayıb: “Biz İquainı satmaq istəmirik. Bundan başqa, “Arsenal” Qonsalo üçün hələ heç bir təklif göndərməyib. Nə də ki, biz onlardan 10 milyon və ya 27 milyon avro dəyərində transfer təklifi almamışıq. Bunların hamısı yalandır. Ümumiyyətlə, heç kəs bizə Qonsalo ilə bağlı müraciət etməyib”.