“Streymur” “Dinamo”ya, “Şirak” “Partizan”a rəqib oldu
10.07.2013 - 00:49
Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Neftçi”nin də mübarizə apardığı qitənin ən titullu klub turnirində, ötən gecə növbəti mərhələyə keçəcək komandalar müəyyənləşib.
Əvvəlcə ilk matçda qalibi müəyyənləşməyən “Streymur” – “Lusitans” (2:2) görüşü baş tutub. “Qarabağ”ın 2 il öncə Avropa Liqasında mübarizədən kənarlaşdırdığı Farer adaları təmsilçisi bu görüşün əsas fovariti hesab edilirdi. Elə “Streymur” da ona bəslənilən ümidləri böyük ölçüdə doğrultmağı bacarıb. Qarşılaşmada meydan sahibləri qonaqları 5:1 hesabı ilə darmadağın edib.
Digər görüşdə isə səfərə sərfəli nəticə ilə gedən Ermənistan “Şirak”ı ilə San Marino “Tre Penne”si üz-üzə gəlib. Bu matçda ev sahibləri minimal hesabla qalib gəlsələr də, növbəti mərhələyə keçə bilməyiblər. Çünki ilk oyunda “Şirak” “Tre Penne”ni 3 cavabsız topla məğlub etmişdi.
Beləliklə, II təsnifat mərhələsində “Streymur” Gürcüstan təmsilçisi “Dinamo”nun, “Şirak” isə Serbiya klubu “Partizan”nın rəqibi olub.
Çempionlar Liqası
I təsnifat mərhələsi (ilk oyunlar)
9 iyul
“Streymur” (Farer adaları) – “Lusitans” (Andorra) - 5:1
Qollar: Hansen, 3, Hanssen, 35; 85 Zaxaryasen, 72, Niklasen, 90+3 - Reys, 66
İlk oyun – 2:2
“Tre Penne” (San Marino) – “Şirak” (Ermənistan) - 1:0
Qol: Kadio, 2-avtoqol
İlk oyun – 0:3

0
0