İstanbulda məşqçilik seminarı başlayacaq
09.07.2013 - 05:30
İstanbulda məşqçilik seminarı başlayacaq
Sabah İstanbulda FİFA və Türkiyə Futbol Federasiyasının (TFF) əməkdaşlığı ilə təşkil edilən məşqçilik seminarı başlayacaq. Apasport.az saytının məlumatına görə, “Le Meridien Otel”də reallaşacaq seminarın açılışına FİFA İcra heyətinin üzvü və UEFA-nın birinci sədr müavini Şenes Erzik, TFF idarə heyətinin üzvləri və FİFA-nın səlahiyyətli şəxsləri qatılacaq.

İyulun 14-nə qədər davam edəcək seminarda qardaş ölkənin futbol federasiyasının və FİFA-ya üzv olan ölkələrdən məşqçi təlimçiləri 70 nəfərə nəzəri və praktik təhsillər verəcəklər.

İştirakçılar iyulun 13-də “Ali Sami Yen İdman Kompleksi Türk Telekom Arena” stadionunda keçiriləcək 20 yaşlılardan ibarət milli komandalar arasında təşkil edilən dünya çempionatının üçüncülük və final qarşılaşmalarını da izləyəcək.