Saşa Yunisoğlunun 2-ci cəhdi
09.07.2013 - 08:27
Saşa Yunisoğlunun 2-ci cəhdi
Azərbaycan milli komandasının sabiq futbolçusu Saşa Yunisoğlu karyerasında 2-ci dəfə legioner həyatı yaşayacaq. Apasport.az saytının məlumatına görə, Türkiyənin I divizion təmsilçisi “Dənizlispor”a keçən 28 yaşlı müdafiəçi bundan öncə Polşada çıxış etmişdi.

Belə ki, 2007-ci ilin avqustunda “MKT-Araz” dağılandan sonra onunla həmin vaxt UEFA kubokunda oynamış Polşanın “Qrotslin” klubuna keçən Saşa ölkə çempionatında 8 matçda meydana çıxdı. Bu komanda ilə Polşa çempionatının bürünc medalını qazanan Yunisoğlu mövsümlərarası fasilədə “Poloniya”da qərar tutdu. Məsələ ondadır ki, “Qrotslin” “Poloniya” ilə birləşərək sonuncunun adını daşıdı. Ancaq bu adlı komandada ehtiyatda qalan müdafiəçimiz 2009-cu ilin qış fasiləsində Vətənə qayıdaraq, “Bakı”ya keçdi.

Qeyd edək ki, “Dənizlispor”un millimizin sabiq müdafiəçisi Rail Məlikovun yerinə gətirərək 2 illik müqavilə bağladığı Saşa mövsüm bitəndən sonra “Sumqayıt”a keçmişdi.