“Mariehamn”ın Bakıda zədələnən futbolçuları mövsümü bitirdi
09.07.2013 - 08:46
Finlandiyanın “Mariehamn” klubunun Avropa Liqasının I təsnifat mərhələsində “İnter”lə Bakıdakı oyunda zədələnən futbolçuların durumu bəlli olub. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”dakı matçda hələ ilk hissədə əvəzlənən Dieqo Assislə Dever Orqil Turku şəhərində klinikada maqnit-rezonans müayinəsindən keçib.
Məlum olub, ön xaçabənzər bağlarından ciddi xəsarət alan futbolçular 6 həftə müalicə olunacaqlar. Bundan sonra bir müddət istirahət edəcək və bərpa olunacaq oyunçular cari mövsümün qalan hissəsini buraxmalı olacaqlar. Onlar artıq indidən diqqətlərini 2014-cü ildə start götürəcək növbəti çempionata yönəltməlidir.

0
0