“Dənizlispor”un baş məşqçisi: Raili qoruyub saxlaya bİlmədik
09.07.2013 - 08:56
“Dənizlispor”un baş məşqçisi: Raili qoruyub saxlaya bİlmədik
“Klub rəhbərliyi yeni mövsümdə çempionluğa oynayacaq bir heyət quracağına dair söz verdi. Ancaq sözlə əməllər bir-birini tutmur”. Apasport.az saytının məlumatına görə, bunu “Dənizlispor”un baş məşqçisi Özcan Bizati deyib.

“Dənizlispor”un baş məşqçisi Türkiyə mətbuatına verdiyi açıqlamasında gözlənilmədən klub rəhbərliyini tənqid edib. Onun sözlərinə görə, rəhbərlik Rail Məlikov və başqa əsas heyət üzvlərini komandada saxlamağı bacarmalı idi: “Heyəti gücləndirməyi hələ demirəm. Biz əlimizdəki futbolçuları qoruyub saxlaya bilmədik. Hazırda çempionata uyğun cəmi 5 futbolçu ilə çalışıram”.

Onun alınması üçün təqdim etdiyi futbolçu siyahısının diqqətə alınmadığını bildirən Bizati istədiyi oyunçulardan biriylə belə görüşülmədiyini mətbuata açıqladı. Ancaq görünür, “Dənizlispor”un rəhbərliyi baş məşqçilərinin bu açıqlamasından hirslənib və dünən buna dair rəsmi bəyanat yayıb. Belə ki, bəyanatda Ərkan Taşkıran və Bülənt Ərtuğrul kimi futbolçularla danışıqlar aparıldığı, baş məşqçinin bu açıqlamasının təcrübəsizliyindən irəli gəldiyi bildirilib.

Qeyd edək ki, Məlikov “Dənizlispor”u “Qəbələ”yə dəyişdiyi halda, Arif İsayev komandada çıxışını davam etdirəcək. Saşa Yunisoğlunun isə bu klubla 2 illik müqavilə bağladığı deyilsə də, hələ bu, rəsmi şəkildə təsdiqini tapmayıb.