Azərbaycan yığması Loveçdə
09.07.2013 - 09:27
Azərbaycan yığması Loveçdə
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının avqustun 14-də keçirəcəyi yoxlama oyununun yeri və saatı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, millimiz bolqarıstanlı həmyaşıdları ilə Loveç şəhərində üz-üzə gələcək.

Qarşılaşma "Qradski" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Mənbə: affa.az