“İnter” Finlandiyaya yollandı
09.07.2013 - 10:21
“İnter” Finlandiyaya yollandı
Bu gün Avropa Liqasındakı təmsilçimiz “İnter” Finlandiyaya yollanıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” “Mariehamn”la səfər oyununu keçirəcəyi Skandinaviya təmsilçisinə çarter reysi ilə üz tutub. 5 saatlıq yol qət edən bakılılar Mariehamn şəhərində “Arxipelaq” otelində qalacaq və bu axşam məşqə çıxacaq.

Komanda səfərdə ilk oyunda zədələnərək sıradan çıxan yarımmüdafiəçisi Asif Məmmədovu da aparıb. Bakıda 1:1 hesabı ilə nəticələnən matçda qolun müəllifi olan Asif müalicəsini davam etdirir. Həkimlər onu iyulun 11-də keçiriləcək cavab matçına sağaltmağa çalışır.

Qeyd edək ki, Finlandiyadakı oyun Bakı vaxtilə saat 22:00-da başlayacaq.