“Xəzər Lənkəran”ın sabiq futbolçusu Qazaxıstanda oynayacaq – FOTO
09.07.2013 - 10:55
“Xəzər Lənkəran”dan mövsüm başa çatmamış ayrılan Robert Alvijin klubsuz günləri çox çəkməyib. Apasport.az saytının məlumatına görə, Qazaxıstanın “Atırau” klubunda baxışda olan xorvatiyalı dayaq yarımmüdafiəçisi bəyənilib.
Artıq onunla 2 illik müqavilə də bağlanılıb. 28 yaşlı futbolçu həftəsonu Qazaxıstan çempionatında Pavlodarda “İrtış”a qarşı debüt edib. Alvij 90 dəqiqə meydanda olsa da, komandası səfər məğlubiyyəti alıb – 0:1.
Qeyd edək ki, Robert Alvij Cüneyt Biçərin dönəmində “Xəzər Lənkəran”a transfer olunmuşdu. Ağ-yaşıl formada 45 oyuna 5 qol vuran futbolçu apreldə Con Toşakın qərarı ilə komandadan uzaqlaşdırılmışdı.

0
0