“Qarabağ” II mərhələdə, “Xəzər Lənkəran” 80, “İnter” 20 faiz
09.07.2013 - 11:00
Bu həftə Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytı ilk oyunların nəticələrinə əsasən Azərbaycan klublarının mərhələ adlamaq şanslarını müəyyənləşdirib.
Təmsilçilərimizin avrokuboklardakı 19 illik çıxışına nəzər salmaqla ilk oyunların nəticələrinin hansı sonluqla bitdiyini ehtimal etmək olar. Bunun üçün klublarımızın iştirakı ilə indiyədək baş tutan 83 iki oyunluq duelə baxmaq kifayətdir.
Makedoniya “Metallurq”u ilə səfər oyununda 1:0 hesablı qələbə qazanan “Qarabağ”ı artıq növbəti mərhələdə hesab etmək olar. Avrokuboklar tariximizdə 6 dəfə qonaqlar ilk oyunda minimal hesaba sevinib. Bu komandaların da hamısı sonda mərhələ adlayıb. Özü də “Qarabağ” 2 dəfə belə üstünlüyü əldə edib. Həm Finlandiya “Honka”sı, həm də Polşa “Visla”sını 1:0 hesabı ilə qalib gələndən sonra Bakıda da rəqibini 1 top fərqilə uduzub. Digər 4 halda isə təmsilçilərimiz evdə 0:1 hesabı ilə uduzub və əvəzini çıxa bilməyib. Hərçənd 1 dəfə “Qarabağ”, 1 dəfə “İnter” buna yaxın olub. Ağdamlılar əlavə vaxtda, “İnter” penaltilər seriyasında mübarizəni dayandırıb. Bir sözlə, ilk oyundakı 1:0 hesablı səfər qələbəsi daim yetərli olub.
“İnter”in evdə Finlandiya “Mariehamn”ı, “Xəzər Lənkəran”ın səfərdə Malta “Slima”sı ilə oyunları 1:1 hesabı ilə başa çatıb. Bu isə statistikanın onlar üçün əks xarakter daşıdığını göstərir. Bunadək klublarımızın 10 duelində belə hesab qeydə alınmışdı.
Bu 10 faktın 8-i, yəni 80 faizi “Xəzər Lənkəran”ın xeyrinədir. Bu görüşlərdə səfərdə 1:1 hesabına sevinən komanda mərhələ adlayıb. Buna 2 dəfə bizimkilər, 6 dəfə rəqiblər nail olub. Lənkəranlılar “Neftçi” və “Qarabağ”ın müxtəlif illərdəki nəticəsini təkrarlamalıdır. Cənublular özlərinin 2 dəfə xilas ola bilmədiyi duruma saldığı “Slima”nı keçməyə yaxındır.
“İnter”in mərhələ adlamaq şansı isə 20 faizdir. Belə ki, 10 faktdan yalnız 2-də öz meydanında qalib gələ bilməyən, üstəlik qol buraxmaqla heç-heçə edən klub mərhələ adlayıb. Bunların biri təmsilçimiz olub. “Neftçi”nin ötən il Kiprdə göstərdiyi qəhrəmanlığı gözü önünə gətirən “İnter” Finlandiyada eyni uğura imza atmalıdır. “Qarabağ” isə səfərdəki 1:1-in üstünlüyündən yararlanmamaqla yadda qalıb.

1996/97 | KK | Qarabağ – MüPa (Finlandiya) | 0:1 | 1:1 | ə.v |
2008/09 | UK | Xəzər Lənkəran – Lex (Polşa) | 0:1 | 1:4 | |
2009/10 | AL | Simurq - Bney Yehuda (İsrail) | 0:1 | 0:3 | |
2009/10 | AL | Honka (Finlandiya) - Qarabağ | 0:1 | 1:2 | |
2010/11 | ÇL | İnter – Lex (Polşa) | 0:1 | 1:0 | p. 8:9 |
2010/11 | AL | Visla (Polşa) - Qarabağ | 0:1 | 2:3 |
“İnter”in evdə Finlandiya “Mariehamn”ı, “Xəzər Lənkəran”ın səfərdə Malta “Slima”sı ilə oyunları 1:1 hesabı ilə başa çatıb. Bu isə statistikanın onlar üçün əks xarakter daşıdığını göstərir. Bunadək klublarımızın 10 duelində belə hesab qeydə alınmışdı.
Bu 10 faktın 8-i, yəni 80 faizi “Xəzər Lənkəran”ın xeyrinədir. Bu görüşlərdə səfərdə 1:1 hesabına sevinən komanda mərhələ adlayıb. Buna 2 dəfə bizimkilər, 6 dəfə rəqiblər nail olub. Lənkəranlılar “Neftçi” və “Qarabağ”ın müxtəlif illərdəki nəticəsini təkrarlamalıdır. Cənublular özlərinin 2 dəfə xilas ola bilmədiyi duruma saldığı “Slima”nı keçməyə yaxındır.
2007/08 | İK | Bakı – Daçiya (Moldova) | 1:1 | 1:1 | p. 1:3 |
2007/08 | ÇL | Xəzər Lənkəran – Dinamo (Zaqreb, Xorvatiya) | 1:1 | 1:3 | ə.v. |
2008/09 | İK | Jerminal (Belçika) - Neftçi | 1:1 | 0:1 | |
2008/09 | ÇL | İnter - Partizan (Serbiya) | 1:1 | 0:2 | |
2011/12 | AL | AZAL - Minsk (Belarus) | 1:1 | 1:2 | |
2011/12 | AL | Streymur (Farer adaları) – Qarabağ | 1:1 | 0:0 | |
2012/13 | AL | İnter – Asteras Tripolis (Yunanıstan) | 1:1 | 1:1 | p. 2:4 |
2012/13 | AL | Xəzər Lənkəran – Lex (Polşa) | 1:1 | 0:1 |
“İnter”in mərhələ adlamaq şansı isə 20 faizdir. Belə ki, 10 faktdan yalnız 2-də öz meydanında qalib gələ bilməyən, üstəlik qol buraxmaqla heç-heçə edən klub mərhələ adlayıb. Bunların biri təmsilçimiz olub. “Neftçi”nin ötən il Kiprdə göstərdiyi qəhrəmanlığı gözü önünə gətirən “İnter” Finlandiyada eyni uğura imza atmalıdır. “Qarabağ” isə səfərdəki 1:1-in üstünlüyündən yararlanmamaqla yadda qalıb.
2006/07 | UK | Zimbru (Moldova) - Qarabağ | 1:1 | 2:1 | ə.v |
2012/13 | AL | Neftçi – APOEL (Kipr) | 1:1 | 3:1 |
0
0