Əvvəl Qurbanov, sonra Zahariyevski
09.07.2013 - 11:15
Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “Metallurq” sabah Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, səhər Bakıda olacaq Skopye təmsilçisi saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq. Bundan 30 dəqiqə öncə isə Makedoniya klubunun baş məşqçisi Srjan Zahariyevski həmin məkanda jurnalistlər qarşısına çıxacaq.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı isə saat 19:30-da başlayacaq. Ağdamlılar bundan yarım saat sonra mərkəzi arenamızda hazırlıq keçəcək.
Qeyd edək ki, “Qarabağ” - “Metallurq” oyunu iyulun 21-də saat 21:00-da başlayacaq.

0
0