İtaliyalı çalışdırıcının Lənkəranda keçirəcəyi mətbuat konfransının vaxtı bəlli oldu
09.07.2013 - 11:20
İtaliyalı çalışdırıcının Lənkəranda keçirəcəyi mətbuat konfransının vaxtı bəlli oldu
“Xəzər Lənkəran”ın Avroliqanın ilk turunun cavab qarşılaşmasında üz-üzə gələcəyi “Slima Uonderers”in baş məşqçisinin jurnalistlər önünə çıxacağı vaxt bəlli olub. Apasport.az saytının klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğludan aldığı məlumata görə, artıq Malta komandasının çalışdırıcısı Alfonso Qrekonun mətbuat konfransının başlanma saatı bəllidir.

Belə ki, italiyalı çalışdırıcı sabah oyunun keçiriləcəyi Lənkəran şəhər stadionunun konfrans zalında KİV nümayəndələrinin suallarını saat 19:30-da cavablandıracaq. Yarım saat sonra isə maltalıların məşqi olacaq. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın mətbuat konfransının vaxtı müəyyənləşməsə də, ehtimal etmək olar ki, bu, saat 18:30-da baş tutacaq.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Slima Uonderers” oyunu iyulun 11-i saat 20:00-da keçiriləcək.