“Neftçi”nin oyunu 2-20 manata
09.07.2013 - 11:31
“Neftçi”nin oyunu 2-20 manata
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Skenderbeu” qarşılaşmasının biletləri satışa çıxarılıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər biletləri “Bakcell Arena"nın kassalarından ala bilər. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 - 20 manat arasında dəyişir.

Qeyd edək ki, yaxın günlərdə “28 Mall” və “Metro Park” ticarət mərkəzlərində də bilet satışı məntəqələri təşkil olunacaq.