“Bakı” “Mura”nın futbolçusunu sınayır
09.07.2013 - 11:59
“Bakı” “Mura”nın futbolçusunu sınayır
“Bakı” klubu sloveniyalı futbolçu Yure Travneri baxışdan keçirir. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” Avstriyanın “Helqamor” klubuna 4:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda start heyətində meydana çıxan 28 yaşlı sol cinah müdafiəçisini gürcüstanlı Georgi Popxadzenin yerinə sınayır.

Ötən mövsümü vətənində “Mura”da keçirən Yure 42 oyunda 2 qol vurub. Ancaq o, “Bakı”nın Avropa Liqasında uduzduğu komandaya sonradan gəlib. Vaxtilə Böyük Britaniyada legioner həyatı yaşayan Travner İngiltərədə “Uotford”, Şotlandiyada “Sent Mirren”də olub.