“Mariehamn” “İnter”lə oyun öncəsi 36 yaşlı qapıçı ilə müqavilə imzaladı
09.07.2013 - 13:01
“Mariehamn” “İnter”lə oyun öncəsi 36 yaşlı qapıçı ilə müqavilə imzaladı
Finlandiyanın “Mariehamn” klubu Avropa Liqasında “İnter”lə cavab oyunu öncəsi əsas qapıçısı Peter Enkelmanla müqaviləsini uzadıb. Apasport.az saytının məlumatına görə, anlaşmasının bitməyinə 1 ay qalan 36 yaşlı əlcək sahibinin cari mövsümün sonuna kimi qalacağı artıq dəqiqləşib.

14 illik legioner həyatından sonra Finlandiya təmsilçisi ilə qısa müddətlik müqavilə bağlayan Peter çıxışını davam etdirməyə razılıq verib. Klubun direktoru Peter Mattson Bakıda 90 dəqiqə meydanda olan təcrübəli qapıçısının yaxşı xarakterə və aparıcı rola malik olduğunu bildirib: “Bizim qarşıda daha vacib oyunlarımız var. Ancaq indi xüsusilə Avropa Liqasında “İnter”lə cavab matçı önəmlidir. Belə qapıçı bizə həm meydanda, həm də ondan kənarda lazım olacaq. Ehtiyat qapıçımız Otso Virtanen onunla yaxşı sınaqçı rəqibdir. Otso həqiqətən yaxşı çalışır. O, Peter kimi qapıçı çalışmaqla maksimal fayda götürür, böyük təcrübə və bilik qazanır”.

Qeyd edək ki, Finlandiyadakı matç iyulun 11-də keçiriləcək.