Con Toşak jurnalistlər önünə nə vaxt çıxacaq?
09.07.2013 - 13:31
Con Toşak jurnalistlər önünə nə vaxt çıxacaq?
Avroliqanın I təsnifat mərhələsinin “Xəzər Lənkəran”-“Slima Uonderers” cavab oyunundan bir gün öncə hər iki klubun çalışdırıcılarının mətbuat konfransı keçiriləcək. Apasport.az saytı artıq rəqib komandanın baş məşqçisi Alfonso Qrekonun jurnalistlər önünə çıxacağı vaxtı açıqlayıb.

Belə ki, italiyalı çalışdırıcı sabah saat 19:30-da mətbuat nümayəndələrinin qarşısına çıxacaq. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə saat 20.00-da, yəni maltalılar məşqə çıxan zaman jurnalistlərin suallarını cavablayacaq.

Qeyd edək ki, “Slima Uonderers” artıq Lənkərandadır və hazırda komanda “Qala” otelində qalır.