Çexiya yığmasının sabiq qapıçısı: Azərbaycandan gələn təklifdən imtina etdim
09.07.2013 - 14:07
“Mənim Qazaxıstan və Azərbaycan klublarından təkliflərim vardı. Ancaq götür-qoy edəndən sonra onlardan imtina etdim”. Apasport.az saytının məlumatına görə, bunu Çexiya yığmasının sabiq qapıçısı Yakub Divis deyib. 2010-cu ildən 2013-cu ilə kimi Slovakiyanın “Breşov” klubunda 88 matç keçirən 27 yaşlı oyunçu vətəninə qayıdaraq “Mlada Boleslav”la 3 illik müqavilə imzalayıb.
Praqa “Slaviya”sının yetirməsi, vaxtilə Şotlandiyada “Hibernian”da icarədə oynayan Divis xaricə daha çox qazanmaq üçün getməyi arzuladığı bildirib: “Şəxsən mən belə ölkələrdə bunun üçün oynamaq istərdim. Hərçənd hazırda xaricdə oynamaq çətindir. Tez və ciddi danışıqlardan sonra “Mlada Boleslav”a keçməyə qərar verdim. O, ölkədə top-klublardan biridir, çox yüksək vəzifələri var. Komandanın təcrübəli oyunçuları və gənc yaxşı kadrları vəhdət təşkil edir. Biz Avropa Liqasında oynamalıyıq”.
Qeyd edək ki, Yakub Çexiyanın 21 yaşlılardan ibarət yığmasında 3 oyun keçirib.

0
0